Uşaqları baqajda daşıyırlar! - Azərbaycanda şok olayın VİDEOsu

1 Noyabr 2018 15:13 (UTC+04:00)

AzNews.az xəbər verir ki, rayonda azyaşlıların avtomobil baqajında daşındığını əks etdirən video yayılıb.

Hadisə “57 BH 291” dövlət qeydiyyat nişanlı avtomobil küçədə gedərkən lentə alınıb. Sürücü salonda yer olmadığından azyaşlı uşaqları avtomobilin yük daşınan yerinə mindirib.

Uşaqların həyatını təhlükəyə atan sürücü, bu azmış kimi üstəlik, onların hava alması məqsədi ilə baqajı da açıq qoyub.

Bahar RÜSTƏMLİ
AzNews.az