Yusif Mirzənin rəsmləri Finlandiyada Yeni il kartları şəklində çap olunub

1 Noyabr 2018 17:08 (UTC+04:00)

Bu barədə AzNews.az-a rəssam özü məlumat verib.

Yusif Mirzənin rəsmlərinin Yeni il kartlarında istifadə edilməsi ilk dəfə deyil. Yeni il kartları və rəssamın əsərləri fin müəllif Anne Krohnun təqdimatıya kitab şəklində də çap olunub.

Rəssam bu lahiyəni finlandiyalı dostlarının onun yaradıcılığına olan marağın, sevginin nəticəsi kimi qiymətləndirib.

Xatırladaq ki, Yusif Mirzənin yaradıcılığı Finlandiya və digər Skandinav ölkələrində böyük maraqla qarşılanır.

AzNews.az