“Azərbyacan” jurnalının yeni sayında nələr var?

1 Noyabr 2018 17:16 (UTC+04:00)

AzNews.azın məlumatına görə bu sayda poeziyasevərlər Firuzə Məmmədli, Sabir Yusifoğlu, Asif Asiman, Ramiz Orsər, Qədiməli Əhməd, Musa Ələkbərli, Zeynalabdin Novruzoğlu, Ay Bəniz Əliyar, Namiq Zaman, Azər Laçınlının şeirləri ilə tanış ola biləcəklər.

Nəsr rubrikasında Mənzər Niyarlının “Vətəndən vətənə” povesti, Qəşəm Nəcəfzadə və Azər Qismətin hekayələri təqdim olunur.

Oxucular “Xatirələr, duyğular” rubrikasında Tofiq Məliklinin “Ömür yolum, taleyim”, Əhməde Həpponun “Üç sütun” yazıları ilə çıxış edirlər.

“Dünya, səndən kimlər keçdi...” rubrikasında Südabə Ağabalayeva “Mənə ağlamağı öyrətmə, zalım” yazısı ilə Nurəngiz Gün yaradıcılığına işıq salır.

Günel Natiq ədəbi talelər rubrikasında”“Fransuaza Saqan” dan söz açır. Ədəbiyyatşünaslıq rubrikasında İradə Musayevanın “Azərbaycan romanının klassik mənşəyi haqqında”, Yaqub Babayevin “Tuyuğ” kimi maraqlı yazıları ilə tanış olacaqlar.

“Ədəbi söhbətlər” rubrikasında tənqidçi Nərgiz Cabbarlının qonağı AMEA-nın vitse-prezidenti akademik İsa Həbibbəylidir. Söhbətin mövzusu Ədəbiyyat İnstitutunun 85 illik yubileyi ilə bağlıdır.

“Yeni tərcümələr”də isə türk yazıçısı Bəxtiyar Aslan və Yuqralı şair İvan Şyolokovun yaradıcılığından nümunələr təqdim olunub.

“Azərbaycan” jurnalının kollektivi iş yoldaşları mərhum Tofiq Mahmudovu anır.

“Kitab rəfi”ndə isə yeni nəşrlərlə tanış olmaq mümkündür.

AzNews.az