“Bağırov Mikayıl Müşfiqi diri-diri divara hörüb”– tarixçi yerini göstərməyə hazırdır

1 Noyabr 2018 17:18 (UTC+04:00)

“Müşfiq bir binada divara diri-diri hörülüb”.

AzNews.az-ın verdiyi xəbərə görə bu sözləri tarixçi Ədalət Tahirzadə özünün Facebook səhifəsində yazıb.

Statusu təqdim edirik: “Mikayıl Müşfiqin sümüklərinin tapıldığı deyilir. Doğrusu, mən buna inanmıram. Mənim ciddi bir dövlət qulluqçusundan eşitdiyimə görə, Müşfiq bir binada divara diri-diri hörülüb. Dövlət orqanları dediyimlə maraqlansa, eşitdiyim adamın adını çəkməyə və binanın yerini söyləməyə hazıram. Əlavə edirəm ki, bu cinayət birbaşa Mircəfər Bağırovun göstərişi və iştirakı ilə baş verib”.

AzNews.az