Fərqanə Qasımova Bülent Ersoyla eyni səhnədə - VİDEO

1 Noyabr 2018 17:20 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu barədə muğam ifaçısının özü məlumat verib. Xanəndə ötən gün Türkiyədə müğənni Bülent Ersoyun konsertində iştirak etdiyini bildirib.

Konsert zamanı sənətçi Fərqanə Qasımovanı səhnəyə dəvət edib və ondan mahnı oxumasını istəyib. Bülent Ersoy xanəndənin ifasına heyran qalıb.

Fərqanə Qasımova isə Türkiyənin böyük sənətkarı Bülent Ersoyla eyni səhnədə olmaqdan qürur duyduğunu deyib.

Bahar RÜSTƏMLİ
AzNews.az