Evdən oğurluq edən üç nəfər ələ keçdi

1 Noyabr 2018 19:00 (UTC+04:00)

DİN-dən verilən məlumata görə, Kriminalistik Tədqiqatlar İdarəsi və Lənkəran ŞRPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 1200 manat pul oğurlamaqda şübhəli bilinən şəhər sakinləri Elvin Cəbrayılov, Şəhriyar Şükriyev və əvvəllər məhkum olunmuş Elçin Hüseynov saxlanılıblar.

AzNews.az