Teleqraf.com xəbər verir ki, 5,655 karatlıq zümrüd parçalara ayrıldıqdan sonra satılacaq.
Daş mərkəzi ofisi Londonda yerləşən "Gemsfield" şirkətinin Zambiyadakı mədənindən tapılıb.
İki mədənçi tərəfindən tapılan zümrüd daşının dəyəri 2 milyon funt sterlinqdir.
Daşa "Aslan" adı verilib. 2010-cu ildə bu ölkədə 6,225 karatlıq zümrüd daşı tapılmışdı.
AzNews.az