Axşam saatlarında Sabirabad rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Rayonun Suqovuşan kəndi ərazisində hərəkətdə olan "VAZ-2106" markalı avtomobil yaşadığı evin qarşısında 1981-ci il təvəllüdlü yerli sakin İsmayılov Bəxtiyar Səfər oğlunu vurub.
Avtomobilin sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alan yaralını Sabirabad Rayon Mərkəzi Xəstəxanasına çatdırıb.(report.az)
AzNews.az