Çaylardakı vəziyyət açıqlandı

2 Noyabr 2018 15:39 (UTC+04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti respublikanın çaylarında və transsərhəd çaylarında vəziyyəti açıqlayıb.

ETSN-də AzNews.az-a verilən məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 90-120, Kiçik Qafqazın çaylarında 50-120, Lənkəran-Astara bölgəsi çaylarında 100-200, Naxçıvan MR-da Naxçıvançay çayında 5 faizini təşkil edir.

Tranzit çaylarda

Noyabrın 2-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 3 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 126 m3/s olmaqla ongünlük normanın 67 faizini təşkil edir. 2017-ci ildə isə bu rəqəm 260 m3/s olmaqla ongünlük normanın 139 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 2 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 84 m3/s olmaqla, ongünlük normanın 100 faizini təşkil edir. 2017-ci ildə isə bu göstərici 55 m3/s təşkil edərək ongünlük normanın 65 faizinə bərabər olub.

Kür çayı

Noyabrın 2-də Kür çayının aşağı axınında suyun səviyyəsində azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəsində 8, Şirvanda 18, Salyanda 10, Bankədə 1, Araz çayının Novruzlu məntəqəsində 17 sm azalma qeydə alınıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 362 sm (2017-ci il noyabrın 02-də 319 sm), Şirvanda 235 sm (2017-ci il noyabrın 02-də 235 sm), Salyanda 187 sm (2017-ci il noyabrın 02-də 210 sm), Bankədə 202 sm (2017-ci il noyabrın 02-də 183 sm), Araz çayının Novruzlu məntəqəsində isə 70 sm (2017-ci il noyabrın 02-də 40 sm) təşkil edir.

Səidə Nurməmmədli,

AzNews.az