“Qərarımızı noyabrın 5-də açıqlayacağıq” - Pompeo

2 Noyabr 2018 19:22 (UTC+04:00)

Bu barədə ABŞ-ın dövlət katibi Mayk Pompeo deyib.

Onun sözlərinə görə, 8 ölkəyə İrana qarşı tətbiq olunacaq sanksiyalardan güzəştə gediləcək. İranın neft ixracı 1 milyon barrel azalacağını gözləyirik.

ABŞ-ın maliyyə naziri Stiven Mnuçin isə deyib ki, İrana qarşı sanksiyalar bazar günü gecə saat 23:59-dan qüvvədə olacaq.

Xatırladaq ki, ABŞ noyabrın 4-dən etibarən İranın milli neft-qaz şirkətlərinə beynəlxalq məhdudiyyətlər qoyacaq, neft və qaz satışına sanksiyalar tətbiq edəcək.(AZƏRTAC)

AzNews.az