İki azyaşlı qardaşı maşın vurdu - Biri öldü

2 Noyabr 2018 21:14 (UTC+04:00)

Hadisə şəhərin Nərimanov prospektində baş verib.

Gəncə şəhə sakini Abbasov Arzu Bəhram oğlu idarə etdiyi "Volkswagen Golf" markalı 10 UC 191 dövlət nömrə nişanlı avtomobili idarə edərkən yolu keçən piyadalar - 2003-cü il təvəllüdlü Allahverdiyev İslam Ceyhun oğlu və 2005-ci il təvəllüdlü Allahverdiyev Amin Ceyhun oğlunu vurub.

Azyaşlılar xəstəxanaya yerləşdirilsələr də, İ.Allahverdiyev orada ölüb.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində cinayət işi başlanıb.(trend.az)

AzNews.az