Pakistanda “Talibanın atası”nı güllələdilər

2 Noyabr 2018 22:09 (UTC+04:00)

Pakistan senatının keçmiş üzvü və dini nümayəndə Sami əl-Hak (“Talibanın atası”) güllələnib.

Bu barədə “Daily Pakistan” yazıb. Əl-Hak evində odlu silahla yaralanmış halda tapılıb. Ona kimin atəş açdığı bilinmir.

Qeyd edək ki, əl-Hak “Talibanın atası” ləqəbini “Taliban” terror təşkilatının başçılarından olan Məhəmməd Ömərlə sıx əlaqəsinə görə qazanıb.(qafqazinfo.az)

AzNews.az