Teleqraf.com xəbər verir ki, Ərdoğan məqaləsində Səudiyyə Ərəbistanının Türkiyədəki səfirliyində jurnalist Camal Qaşıqçının qətlə yetirilməsinə toxunub. Bildirib ki, Qaşıqçının qətlinin Kralın əmri olduğuna inanmır: "Əmri Səudiyyə Ərəbistanı hökumətinin yüksək vəzifəli məmurları verib".
Bildirib ki, Səudiyyə Ərəbistanı Camal Qaşıqçı cinayətilə bağlı bir çox suala cavab verməlidir. Məqalədə Ərdoğan həmçinin Türkiyədəki mövcud vəziyyət, ABŞ-Türkiyə münasibətləri barədə ətraflı bəhs edib.
AzNews.az