"Azarkeşlər məni “Misirin kralı” adlandırırdı" - Salah

3 Noyabr 2018 09:13 (UTC+04:00)

“Liverpul”un futbolçusu Məhəmməd Salah klubun saytına müsahibə verib.

AzNews.az xəbər verir ki, misirli futbolçu ən böyük xəyalının “Liverpul”da oynamaq olduğunu deyib:

“İlk dəfə “Liverpul”un adını 10-11 yaşlarımda olarkən eşitmişdim. O vaxt hamı “Liverpul”un necə böyük klub olmasından danışırdı. Heç vaxt təsəvvür etməzdim ki, bir gün “Liverpul”da oynayacam.

“Bazel”ə transfer olduqdan sonra ağlımdakı tək düşüncə “Liverpul”a keçmək idi. Bunun üçün çox çalışdım. İndi isə burdayam.

“Liverpul”a transfer olduğumu eşidən misirli azarkeşlər məni “Misirin kralı” adlandırırdı. “Qızıl buts” mükafatını aldığım zaman, qızım da mənimlə birlikdə meydana çıxmışdı. Azarkeşlərin bizi necə dəstəklədiyini görmüşdüm. Bu, ailəm və mənim adıma unudulmaz gün idi”.

Salah 2017-ci ildə “Roma”dan 42 milyon avroya “Liverpul”a transfer edilib.

Misirli futbolçu bir dəfə Premyer Liqada və Afrikada ilin futbolçusu mükafatını qazanıb. Bundan başqa, o, Premyer Liqada “qızıl buts” mükafatını alıb, bir neçə dəfə isə ayın futbolçusu seçilib.

© AzNews.az