Demet Akalından "barışma" açıqlaması

3 Noyabr 2018 09:37 (UTC+04:00)

Türkiyənin məşhur müğənnisi Demet Akalın yenidən medianın gündəminə düşüb.

AzNews.az "Vatan" nəşrinə istinadən xəbər verir ki, o, 6 illik həyat yoldaşı Okan Kurtla barışmadığını söyləyib.

Məlumata görə, guya müğənni bir müddət öncə boşandığı həyat yoldaşı ilə bir oteldə görüşüb.

Kerimcan Durmazın doğum günü partisinə qatılan Demet xəbərləri yalanlayıb və "Belə bir şey yoxdur" sözlərini deyib.

Babək Göyüş

AzNews.az