Qapı arxasında canı çıxdı... - Bakıda bədbəxt hadisə

3 Noyabr 2018 09:49 (UTC+04:00)

AzNews.az FHN-ə istinadən xəbər verir ki, Yasamal rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açmış və orada aşkarlanan 1939-cu il təvəllüdlü Domnin Anatoli Nikolayeviçin meyitini aidiyyəti üzrə təhvil verib.

Əməliyyat başa çatıb.

Bahar RÜSTƏMLİ
AzNews.az