Yuğ Teatında nələr olacaq? – NOYABR REPERTUARI

3 Noyabr 2018 11:15 (UTC+04:00)

Azərbaycan Dövlət YUĞ Teatrı noyabr ayında maraqlı səhnə əsərləri ilə teatrsevərlərin görüşünə gəlib.

Teatrın ədəbi hissə müdiri Elçin Cəfərov AzNews.aza bildirib ki, sənət ocağının səhnəsində noyabrın 10-da “Məhşər günü”, 11-də yeni tamaşa olan “Müəmmalı bir qətlin üç versiyası”, 17-də isə “Sonuncu” tamaşaları izləniləcək.

Bundan başqa, noyabrın 18-də “Fəna”, 24-də “Qəbir qazma üsulu”, 25-də “Təklif” tamaşaları təqdim olunacaq.

Tamaşalar müvafiq olaraq saat 19.00-da A. Şaiq adına Azərbaycan Dövlət Kula Teatrının binasında nümayiş ediləcək.

AzNews.az