Brüs Lini dünyaya tanıdan “xaç atası” vəfat edib

3 Noyabr 2018 14:41 (UTC+04:00)

Honkonqun kino sənayesinin “xaç atası” hesab olunan film prodüseri Reymond Çou 91 yaşında vəfat edib.

Bu barədə “China South Morning Star” qəzeti məlumat yayıb. Şərq döyüş sənətini kinoya gətirərək dünya səhnəsinə çıxarmaqla tanınan Reymond Çou müxtəlif mövzu və janrlarda 600-dən çox filmə prodüserlik edib. O, həm də məşhur döyüş filmləri ulduzu Brüs Lini kinoya gətirməklə tanınır. “Golden harvest” kino şirkətinin həmtəsisçisi olan R.Çou Ceki Çən, Tsuy Hark kimi ulduzlara da prodüserlik edib. (AZƏRTAC)

© AzNews.az