47 nəfər bu dərmandan öldü - Ekspertiza İdarəsindən AÇIQLAMA

3 Noyabr 2018 17:12 (UTC+04:00)

İranın Mazandaran vilayətində bu ilin ilk yarısında alüminium fosfid həbindən istifadə nəticəsində 47 nəfər dünyasını dəyişib. Bu rəqəm ötən ilin analoji dövrü ilə müqayisədə 18% artıb.

Bunu İranın Mazandaran vilayəti Ekspertiza İdarəsinin baş direktoru Əli Abbasi deyib.

Onun sözlərinə görə, 6 ayda alüminium fosfid həbindən zəhərlənmə nəticəsində həlak olanların 27-si kişi, qalanları isə qadındır.

Ə.Abbasi əlavə edib ki, alüminium fosfiddən zəhərlənmənin 14 halı 21-30 yaşlı insanlar arasında baş verib.

Bu kimyəvi maddə həşəratlara qarşı istifadə edilir. (trend)

AzNews.az