“Real” La Liqada “qara zolaq”dan çıxdı - VİDEO

3 Noyabr 2018 22:49 (UTC+04:00)

Madrid “Real”ı İspaniya çempionatının 11-ci turunda “Valyadolid” üzərində 2:0 hesabı ilə qələbə qazanıb.

Bununla da paytaxt klubu La Liqadakı 6 oyunluq qalibiyyətsizlik seriyasına son qoyub.

Qeyd edək ki, “Real”ın sabiq baş məşqçisi Xulen Lopeteqi oktyabrın 29-da istefaya göndərilib.

Bundan sonra Kral klubu İspaniya kubokunun 1/16 final mərhələsində “Melilya”nı darmadağın edib - 4:0.

Hazırda madridlilərə müvəqqəti olaraq Santyaqo Solari rəhbərlik edir. (oxu.az)

AzNews.az