ABŞ-ın Harvard Universiteti jurnalist Camal Qaşıqçının qətlə yetirilməsinə görə Səudiyyə Ərəbistanının sabiq kəşfiyyat naziri, hazırda bu ölkənin Vaşinqtondakı səfiri olan şahzadə Turki əl-Faysalın keçirmək istədiyi konfransı ləğv edib.
“Anadolu” agentliyi xəbər verir ki, universitet konfrans üçün münasib zaman olmadığını açıqlayıb.
Qeyd edək ki, C.Qaşıqçının qətlinə görə bir sıra Səudiyyəli yüksək vəzifəli məmurlara ABŞ tərəfindən sanksiyalar tətbiq olunub.(qafqazinfo.az)
AzNews.az