İngiltərədə iki gənc qız Mədinə məscidinin içərisinə spirt töküb.
AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Mançester şəhərində baş verib.
Qızlar spirt tökdükdən sonra bayıra çıxaraq məscidinin bağçasına da donuz ətindən hazırlanan kolbasa atıblar.
Onlar daha sonra gülərək hadisə yerindən uzaqlaşıblar.
Bütün bu mənzərəni onların rəfiqəsi çəkərək sosial mediada paylaşıb.
Məscid rəhbərliyi qızların yaxalanması üçün iddia qaldıracağını deyib.
Babək Göyüş
© AzNews.az