Belarus prezidentinin təyyarəsi satışa çıxarıldı

6 Noyabr 2018 12:56 (UTC+04:00)

Belarus prezidenti Aleksandr Lukaşenkonun istifadə etdiyi Tu-154M təyyarəsi satışa çıxarılıb.

1995-ci il istehsalı olan təyyarənin qiyməti 2 milyon dollar civarındadır.

Bildirilir ki, Lukaşenko bu təyyarədən sonuncu dəfə 2016-cı ildə Çinə səfəri zamanı istifadə edib.

Hazırda Belarus prezidentinin xarici səfərləri üçün Boeing 767 təyyarəsindən istifadə olunur. (oxu.az)

© AzNews.az