Bill Geyts tribunaya görün nə ilə çıxdı?

6 Noyabr 2018 16:58 (UTC+04:00)

ABŞ-lı milyarder, sahibkar Bill Geyts tədbirdə danışmağa içində insan ifrazatı olan banka ilə çıxıb.

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu haqda məlumatı BBC yayıb.

"Microsoft"un banisinin Çinin paytaxtı Pekində "Yeni kəşf edilən tualet" sərgisindəki çıxışı əks-səda doğurub.

Səhnəyə əlində insan ifrazatının yerləşdiyi banka ilə çıxan Geyts bankada 200 trilyon rotavirüs hüceyrəsi, 20 milyard Şiqella bakteriya və 100 min parazit qurdu yumurtası olacağına işarə edib.

Gates "10 il əvvəl ifrazat haqqında bu qədər çox şey bilmirdik. Yəyat yoldaşım Melinda yemək masasında tualetlər və ifrazat tullantıları haqqında danışmağıma icazə verəcəyini heç düşünməzdim" sözlərini deyib.

Bill & Melinda Gates Fondunun son 7 ildir ki, inkişaf etmiş tualet texnologiyalarının araşdırılmasına ən azı 200 milyon dollar xərcləndiyi bildirilir.

Dünya Səhiyyə Təşkilatına (DSÖ) görə, dünyada 2,3 milyard insan hələ də tualetsiz yaşayır. Bu da hər il yüz minlərlə adamın ölümünə yol açan dizenteriyaya, difteriyaya və vəba kimi xəstəliklərə səbəb olur.

Babək Göyüş

© AzNews.az