24 yaşlı qızı aldadıb evinə apardı, 2 ay zorladı - TÜKÜRPƏDƏN HADİSƏ - FOTOLAR

6 Noyabr 2018 21:40 (UTC+04:00)

Krımda yaşanan zorlama hadisəsi hər kəsi dəhşətə gətirib.

AzNews.az xarici mediaya istinadən xəbər verir ki, sevgilisindən evlənmə təklifi gözləyən 24 yaşlı qız elə həmin gün tərk edilib.

Adı açıqlanmayan gənc qız bu hadisədən sarsılıb və yol kənarında oturaraq ağlamağa başlayıb. Həmin an yanına gələn Oleq adlı tanımadığı şəxs onu təsəlli etməyə çalışıb. 32 yaşlı kişinin şirin sözlərinə inanan qız onun evinə gedib. Oleq qızı burada 2 ay zorla saxlayıb və bu müddət ərzində dəfələrlə təcavüz edib. Gənc qız bir neçə dəfə qaçmağa cəhd etsə də, uğursuz olub.

Hadisədən xəbər tutan polis Oleqi həbs edib. Faktla bağlı araşdıma başlayıb.

AzNews.az