Respublikaçılar partiyasından 2012-ci ildə ABŞ prezidentliyinə sabiq namizəd olan Mitt Romni Yuta ştatında 50.4 faiz səslə ABŞ Konqresinin senatına aralıq seçkilərdə qələbə qazanıb.
AzNews.az Rusiya mediasına istinadən xəbər verir ki, bu haqda məlumatı CNN telekanalı yayıb.
Mənbə bildirir ki, Romninin qələbəsi haqda ilk informasiya seçki məntəqələrində aparılan qısa sorğudan sonra məlum olub. Seçki komissiyasının ilk nəticələri də onun qələbəsini dəqiqləşdirib.
Ancaq hələlik bu ştatda Senatın yuxarı palatasına kimin qələbə çaldığı haqda rəsmi məlumat yayılmayıb.
71 yaşlı Mitt Romninin Demokratlar partiyasından olan xanım rəqibi Cenni Uilson isə yalnız 45.3 səs toplaya bilib.
Xatırladaq ki, Mitt Romni 2012-ci ildə keçirilən prezident seçkilərində Barak Obamaya məğlub olmuşdu. Həmin vaxt o, Rusiyanı rəsmi Vaşinqtonun bir nömrəli geosiyasi düşməni adlandırmışdı.
Donald Tramp prezident seçiləndə isə Romni Dövlət katibi vəzifəsinə təyin edilmək üçün əsas namizəd olub.
Babək Göyüş
AzNews.az