Maykl Duqlasın ulduzu Şöhrət Xiyabanında

7 Noyabr 2018 10:11 (UTC+04:00)

Los-Ancelesdə yerləşən Holivuda məxsus Şöhrət Xiyabanına Amerika aktyoru Maykl Duqlasın ulduzu həkk edilib.

AzNews.az-ın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, xatirə nişanının açılışı Duqlasın şou-biznesdəki karyerasının 50-ci ildönümünə təsadüf edir. Şöhrət Xiyabanında onun nişanı 101 yaşlı atası Kirk Duqlasın nişanının yaxınında yerləşir. O, xiyabandakı 2648-ci xatirə nişanı olub.

Açılış mərasimində Kirq Duqlas, aktyorun həyat yoldaşı Ketrin Zeta-Cons və aktrisa Ceyn Fonda iştirak ediblər.

AzNews.az