Bananı qabığı ilə yeyin

7 Noyabr 2018 10:38 (UTC+04:00)

Qabığn tərkibində çoxlu miqdarda sağlamlıq üçün vacib vitamin və minerallar var. Bunları nəzərə alaraq mütəxəssislər banan qabığını atmamağı tövsiyə edirlər. Banan qabığını qurutmağı, bişirməyi və sonra yeməyi məsləhət görürlər.

AzNews.az sizə banan qabığının faydalı xüsusiyyətlərini təqdim edir:

- bağırsaqların fəaliyyətini yaxşılaşdırır, qəbizliyi aradan qaldırır

- ürəyin fəaliyyətini yaxşılaşdırır

- arterial təzyiqi tənzimləməyə kömək edir

- qanda xolesterolun və şəkərin səviyyəsini aşağı salır

- damarları qoruyur

- dəriyə müsbət təsir edir

- görməni yaxşılaşdırır

- orqanizmdən ziyanlı maddələri xaric edir.

Nigar CƏFƏR

AzNews.az