Türkiyədən ABŞ-ın PKK liderlərinin başına pul qoymasına - REAKSİYA

7 Noyabr 2018 11:41 (UTC+04:00)

Türkiyə Xarici İşlər Nazirliyi, ABŞ-ın PKK liderləri Murat Karayılan, Cemil Bayık və Duran Kalkan üçün pul mükafatı verməyi ilə əlaqədar açıqlama verib.

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, Xarici İşlər Nazirliyi, ABŞ-ın terror qruplaşması liderlərinin tapılması üçün mükafat verməsi ilə əlaqədar verdiyi açıqlamada, “ABŞ Xarici İşlər Nazirliyinin terroristlərin yeri və kim olduqları ilə bağlı hər hansı məlumat qarşılığında pul mükafatı verməyini müsbət qarşılayırıq. Bu hərəkətin İraq və Suriyadakı PKK-çılarla mübarizədə konkret addımlarla davam etməyini gözləyirik”, - deyib.

Pərvanə AĞAZADƏ
AzNews.az