“Avropanın ABŞ-a etirazından istifadə etməliyik” - İranlı deputat

7 Noyabr 2018 12:05 (UTC+04:00)

Bunu İran Parlamentinin Kənd təsərrüfatı, su və təbii ehtiyatlar komissiyasının üzvü Calal Mahmudzadə deyib.

Onun sözlərinə görə, ABŞ-ın İran əleyhinə tətbiq etdiyi sanksiyaların təsirini inkar etmək olmaz.

Deputatın sözlərinə görə, xarici siyasət yenidən nəzərdən keçirməli, İran əleyhinə sanksiyaların gücləndirilməsi ilə əlaqədar Avropanın ABŞ-a etirazından istifadə edilməlidir: "Yaranan fürsəti itirməməli və avropalıların ABŞ-ın yanında yer almasına imkan verilməməlidir”.

C.Mahmudzadə əlavə edib ki, İran Avropa Birliyi ilə əlaqələrini gücləndirməli və genişləndirməlidir. "Qonşu ölkələrlə gərginliklər azaldılmalıdır. Digər tərəfdən, daxili istehsala dəstək istiqamətində addımlar atılmalıdır”.(trend.az)

AzNews.az