İrana qarşı sanksiyalar regiona necə təsir edəcək? - Politoloq açıqladı

7 Noyabr 2018 13:21 (UTC+04:00)

Bunu Sputnik Azərbaycan-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib.

Politoloq bildirib ki, region ölkələri İranla əsasən sadə ticari mübadilələr aparır:

“Azərbaycanın İranla ikitərəfli ticarət dövriyyəmiz 260 milyon dollar civarındadır. Bu da əsasən neft-kimya və aqrar sahədə olan əlaqələrdən formalaşır. İranın ən çox ticarət dövriyyəsinə malik olduğu ölkə Türkiyədir. ABŞ-ın son vaxtlar Türkiyəyə qarşı siyasətinin yumşalması onu deməyə əsas verir ki, sanksiyalar Türkiyəyə də bir o qədər təsir etməyəcək”.

Noyabrın 5-dən etibarən ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyaların ikinci mərhələsi qüvvəyə minib.

AzNews.az