Alimenti ödəyə bilmədi, qayınatasını öldürdü - Azərbaycanda şok cinayət

7 Noyabr 2018 15:28 (UTC+04:00)

Bakı Ağır Cinayətlər Məhkəməsində qayınatasını qətlə yetirməkdə təqsirləndirilən Samir Şabanovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

Elan olunmuş ittiham üzrə S.Şabanov özünü qismən təqsirli bildiyini deyib.

O, daha sonra sərbəst ifadə verib. S.Şabanov söyləyib ki, hadisədən əvvəl həyat yoldaşı ilə boşanıb, alimenti isə ödəyə bilmirmiş: "Aliment 6 min manat olmuşdu. Onlar məni şikayət etdilər. Sonra məni məhkəmə icra şöbəsindən çağırdılar. Orada mərhumla aramızda mübahisə oldu. Evə qayıtdıq, axşam tərəfi isə Hətəm Şabanovla yenidən mübahisə etdik. Sonra onu öldürdüm".

Məhkəmənin baxış iclası noyabrın 13-nə təyin edilib.

Qeyd edək ki, S.Şabanov bu il aprelin 21-də Sabunçu rayonunun Maştağa qəsəbəsində qəsəbə sakini, keçmiş qayınatası Hətəm Şabanovu küt alətlə qətlə yetirib.(report.az)

AzNews.az