Səudiyyədə daha bir jurnalist öldürüldü - Qətliam davam edir

7 Noyabr 2018 17:26 (UTC+04:00)

Səudiyyə Ərəbistanında jurnalist, yazıçı Turki bin Abdul Aziz al-Jasser işgəncə verildikdən sonra öldürülüb.

AzNews.az Rusiya mediasına istinadən xəbər verir ki, bu haqda məlumatı "New Khaleej" nəşri yayıb.

Mənbə yazır ki, ölüm hadisəsi həbsxanada baş verib.

Al Jasser 2017-ci ilin martında həbs edilib. O, gizli şəkildə məmurlar və Kral ailəsinin üzvləri tərəfindən pozulan insan haqqları haqda informasiyaları Twitter-də "Kashkool" adlı akkuantla yayırmış.

Səudiyyəli kəşfiyyatçılar onu Twitter-in Dubay ofisində ələ keçiriblər. Jurnalistin tutulma əməliyyatına isə Kaşıkçı cinayətində olduğu kimi kral ailəsinə yaxın olan Kaxtani rəhbərlik edib.

O, Kaşıkçının öldürülməsindən sonra istefaya göndərilib.

Babək Göyüş

AzNews.az