Abdulatipovun qardaşı cinayətkar qruplaşmanın üzvü imiş

7 Noyabr 2018 22:34 (UTC+04:00)

Rusiyanın Dağıstan Respublikasının sabiq rəhbəri Ramazan Abdulatipovun qardaşına cinayətkar qruplaşmada iştirakla bağlı ittiham irəli sürülüb.

Rəcəb Abdulatipov Dağıstanın Əmək Nazirliyinin tibbi-sosial ekspertiza Baş Bürosunun rəhbəri Maqomed Maxaçevin rəhbərlik etdiyi qruplaşmanın tərkibində sağlam insanlara əllilik dərəcələrinin təyin edilməsi müqabilində külli miqdarda dövlət vəsaitlərinin mənimsənilməsində günahlandırılır.

Qruplaşma rəhbəri M. Maxaçev istintaqdan yayınsa da, bu ilin 2 avqust tarixində hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. (oxu.az)

AzNews.az