Gənclərin təhlükəli qənimi geri qayıtdı

8 Noyabr 2018 10:18 (UTC+04:00)

İnternetdə virtual şəkildə yayılan və bundan əvvəl uşaqların ölümünə səbəb olan “boğulma oyunu” yenidən qayıdıb.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, "boğulma oyunu" bir neçə il öncə Avstraliyadakı məktəblərdə populyar olub. Bu oyun zamanı gənclərdən biri nəfəsini tutur, digəri isə bu prosesi qeydə alır. Boğulma zamanı gəncin qorxulu görüntüləri sosial şəbəkələrdə yayılır. İndi bu oyun yenidən ortaya çıxıb.

Məlumata görə, gənclərin bu oyunu necə oynayacağına dair internetdə 36 milyondan çox qaynaq var. Təəssüf ki, yeniyetmələr çox asanlıqla bu videoları əldə edə bilir.

İlk dəfə oyun 2011-ci ildə Queenslanda yaşayan 15 yaşlı gənc qızın ölümünə səbəb olub. 2016-cı ildə Cənubi Karolinada 11 yaşlı uşaq oyun zamanı dünyasını dəyişib.

Noyabrın 1-də isə bu oyunun yenidən gündəmə gəldiyi bildirilir. İnternetdə valideynlərə daha diqqətli olmaq tövsiyə edilir.

AzNews.az