Bakıda beşmərtəbəli yaşayış binasında yanğın olub

8 Noyabr 2018 10:56 (UTC+04:00)

Nəsimi rayonunda beşmərtəbəli yaşayış binasında yanğın baş verib.

FHN-dən AzNews.az-a verilən məlumata görə, binanın 2-ci mərtəbəsində ümumi sahəsi 70 m² olan 3 otaqlı mənzilin bir otağında qaz sobasının ətrafı 2 m² sahədə yanıb.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın FHN-in mwvafiq mühafizə bölmələri tərəfindən söndürülüb.

© AzNews.az