ABŞ-dan dünyanı qorxuya salan ballistik raket - VİDEO

8 Noyabr 2018 10:57 (UTC+04:00)

ABŞ ordusu "Minuteman III" qitələrarası ballistik raketini sınaqdan keçirib.

AzNews.az Ukrayna mediasına istinadən xəbər verir ki, bu haqda informasiyanı "Associated Press" agentliyi yayıb.

Raketin Kaliforniya ştatının Vandenberq şəhərində yerləşən hərbi bazadan buraxıldığı deyilir.

AP yazır ki, raket Sakit okeanda yerləşən şərti hədəfi dəqiqliklə vurub.

Qeyd edək ki, 12 min kilometr radiusa qədər uçan "Minuteman III" raketi ABŞ-ın quru ərazilərdə yerləşdirilən yeganə qitələrarası ballistik raketidir. Ölkədə bu raketdən 450 dənə olduğu deyilir.

Babək Göyüş

AzNews.az