Aeroportda zəhərli qurbağalar tapıldı

8 Noyabr 2018 11:23 (UTC+04:00)

Kolumbiya aeroportunda yüzlərlə nadir cinsli zəhərli qurbağanın ölkədən çıxarılmasının qarşısı alınıb.

Polis qaçaqmalçıların qurbağaları Avropaya keçirməyə cəhd etdiklərini bildirib.

Saxlanılan qurbağaların sayının 216, ümumi dəyərinin isə qara bazarda təxminən 382 min dollar olduğu qeyd edilir.

Polis qutularda gizlədilmiş qurbağaların ayaqyoluna atıldığını deyib.(trend.az)

AzNews.az