“Sahibkarlar üçün sığorta faizi aşağı salına bilər” - Hadı Rəcəbli

8 Noyabr 2018 12:14 (UTC+04:00)

Bu gün Azərbaycanda bir milyondan çox qeyri-leqal məşğulluq var və həmin insanların sığortaya cəlb olunması gözlənilir.

Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli komitənin bu gün keçirilən iclasında deyib.

O qeyd edib ki, qeyri-leqal məşğulluğun azaldılması istiqamətində sahibkarlar üçün sığorta faizinin aşağı salınması gözlənilir. H.Rəcəblinin sözlərinə görə, vergi tətbiqolunmasında, sığortaların alınmasında köklü islahatların aparılması gözlənilir.(trend.az)

AzNews.az