Avropa Liqasının qrup mərhələsinin 4-cü turunun cavab görüşü çərçivəsində baş tutacaq "Vorskla" – "Qarabağ" matçına canlı baxmaq mümkün olacaq.
Qarşılaşma "CBC Sport" telekanalı vasitəsilə ölkəmizdə canlı yayımlanacaq.
Qeyd edək ki, ardıcıl üç məğlubiyyət alan “Qarabağ” səfərdən xalsız dönsə, 1/16 final ümidini itirəcək.
Xatırladaq ki, matç Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. (publika.az)
© AzNews.az