Efirdə qonaqlar bir-birini qırdı - VİDEO

8 Noyabr 2018 13:24 (UTC+04:00)

“Space” televiziyasında teleaparıcı Elçin Əlibəylinin təqdimatında yayımlanan “El bizim sirr bizim” verilişinə dava düşüb.

Verilişin mövzusu “cütlük nigahdan kənar bir yerdə yaşaya bilərmi?” olub. Qonaqlar bu mövzu ətrafında fərqli fikirlər söylədiklərinə görə aralarına dava düşüb. Hətta jurnalist Anar Vəziroğlu Cavid Əhmədoğlunu təhqir edərək “sən keçiyə oxşayırsan nə bilirsən ailə saxlamaq necə olur” deyib. (Metbuat.az)

© AzNews.az