Amaliya Pənahovanın dəfn ediləcəyi yer məlum oldu

8 Noyabr 2018 13:29 (UTC+04:00)

Mərhum sənətkar, Bakı Bələdiyyə Teatrının direktoru, xalq artisti Amaliya Pənahova mərhum həyat yoldaşı Yusif Muxtarovun yanında - "Qurd qapısı" qəbiristanlığında dəfn olunacaq.

Bu barədə AzNews.az-a Bakı Bələdiyyə Teatrından məlumat verilib. Məlumata görə, sənətkar vəsiyyətinə uyğun şəkildə dəfn ediləcək:

“Amaliya xanımın oğlu, qızı Bakıdadır. Onlar bildirdilər ki, Amaliya xanım sağlığında həyat yoldaşının yanında dəfn olunmasını vəsiyyət edib”.

Qeyd edək ki, xalq artisti, Bakı Bələdiyyə Teatrının bədii rəhbəri Amaliya Pənahovanın həyat yoldaşı, uzun illər Azərbaycan Dövlət Televiziya və Radio şirkətində diktor vəzifəsində çalışan Yusif Muxtarov 2010-cu ildə ürək çatışmamazlığından dünyasını dəyişib.

Bahar RÜSTƏMLİ
AzNews.az