Qurbanın 42 qoyunu "Ford"un qurbanı oldu - Ucarda yol qəzası

8 Noyabr 2018 14:11 (UTC+04:00)

Ucarda yol qəzası nəticəsində 42 baş qoyun tələf olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, rayonunun Müsüslü kəndi ərazisində Ağdam rayon sakini Yusifəli İsmayılov idarə etdiyi “Ford Transit” markalı avtomobillə qəflətən yolun hərəkət hissəsinə çıxıb, Ucar rayon sakini Qurban Hacıyevə məxsus qoyun sürüsünü vurub.

Nəticədə 42 baş qoyun tələf olub.

Y.İsmayılov izahatında dövlət qeydiyyat nişanlarını görmədiyi “KamAZ” markalı avtomobilin də heyvan sürüsünün üzərindən keçərək getməsini bildirib.

Faktla bağlı araşdırma aparılır.

© AzNews.az