Qiyam qaldıran məhbusların 25-i öldü

8 Noyabr 2018 15:12 (UTC+04:00)

Ötən gecə Tacikistanın Soqd vilayətinin Xocənd şəhərindəki ciddi rejimli həbsxanada baş vermiş qiyamda həlak olan məhbusların sayı 25-ə çatıb.

Qiyam zamanı iki zabit və bir xüsusi təyinatlı da həlak olub, kalonun altı keşikçisi yaralanıb.

Vilayətin hüquq-mühafizə orqanları ciddi rejimli işə keçib, Xocənd şəhərinə giriş-çıxış məhdudlaşdırılıb.

Xatırladırıq ki, İŞİD qruplaşmasının üzvü olmaqda ittiham edilən məhbuslardan biri keşikçinin avtomatını əlindən alaraq həbsxananın nəzarətçi və keşikçilərinə atəş açıb. Bundan sonra məhbuslar birləşərək kalonun bir korpusunu ələ keçiriblər.(AZƏRTAC)

AzNews.az