Məzahir Nəbiyevə “Əməkdar mühəndis” fəxri adı verildi

8 Noyabr 2018 15:44 (UTC+04:00)

Prezident İlham Əliyev M.Ə.Nəbiyevə “Əməkdar mühəndis” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.

AzNews.az xəbər verir ki, sənəddə bildirilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Bakı Metropoliteninin tikintisində xidmətlərinə görə Məzahir Əbilşah oğlu Nəbiyevə “Əməkdar mühəndis” fəxri adı verilsin".

AzNews.az