VİP Parlament seçkilərinə hazırlaşır

8 Noyabr 2018 16:48 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bunu partiya sədri Əli Əliyev deyib. O, qeyd edib ki, seçkilərə hazırlıqla bağlı yerli təşkilatlara tapşırıqlar verilib.

Ə.Əliyev 2019-cu ildə keçiriləcək Bələdiyyə seçkilərində iştirakla bağlı hər hansı qərarın olmadığını da diqətə çatdırıb.

Əli Əliyev seçkilərdə tək və ya blok şəklində qatılma məsələsinə də münasibət bildirib. O, deyib ki, siyasi partiyalardan bloklaşma ilə bağlı təkliflər gələrsə, dəyərləndirməyə hazırdırlar.

Ədil Ədilzadə
AzNews.az