Millət vəkili orqanlarını bağışlayacaq - "Hərbçilərimizə halaldır!"

8 Noyabr 2018 16:49 (UTC+04:00)

MHP-nin İstanbuldan olan millət vəkili Arzu Erdem orqanlarını bağışlayacağını açıqlayıb.

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, Arzu Erdem təşkil edilən bir mətbuat konfransında "Orqan bağışlamaq həftəsi" olduğunu bildirib.

"Bir gün hər kəsin başına bir iş gələ bilər. Bu baxımdan orqan bağışlamaq çox önəmlidir. MHP olaraq bu mövzuda çox həssasıq. Hər kəs öz orqanlarını bağışlamalıdır. Qadınlar bu məsələdə üstünlük təşkil edirlər. Mən də bu həftə orqanlarımı bağışlayacağam. Bunun Türk Silahlı Qüvvələrinin əsgər və zabitlərinə, təhlükəsizlik xidmətinin üzvlərinə, qazi və şəhidlərin yaxınlarına verilməsi daha vacibdir. Biz onların ailələrinin hüquqlarını müdafiə etməliyik, onlar üçün hər şey halaldır". Arzu Erdem belə deyib.

Babək Göyüş

AzNews.az