Qonaq getdiyi evdə zorlandı - Biabırçı OLAY

8 Noyabr 2018 17:05 (UTC+04:00)


Azərbaycanlı Piterdə 18 yaşlı qızı zorlayıb.

29 yaşlı Azərbaycan vətəndaşı Rusiyanın Sankt-Peterburq şəhərində 18 yaşlı qızı zorlayıb.

Rus mətbuatı xəbər verir ki, təcavüzə uğrayan qız yardım üçün hüquq-mühafizə orqanlarına müraciət edib.

Qız oğlanın evinə qonaq getdiyi zaman zorlandığını bildirib.

Təcavüzkar polislər tərəfindən saxlanılıb. Onun sözlərinə görə, hər şey qarşılıqlı razılıqla baş verib.

Lakin həkimlər zorakılıq faktını təsdiq ediblər.

Faktla bağlı istintaq başladılıb. (open.az)

© AzNews.az