İlham Əliyevdən krala məktub

8 Noyabr 2018 18:30 (UTC+04:00)

Prezident İlham Əliyev Kambocanın kralı Norodom Sihamoniyə təbrik məktubu ünvanlayıb.

AzNews.az-ın məlumatına görə, təbrikdə deyilir:

“Əlahəzrət, Kamboca Krallığının milli bayramı- Müstəqillik Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından təbrik edirəm. Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Kamboca xalqına sülh və tərəqqi diləyirəm”.

AzNews.az