Metro istifadəçilərinə ŞAD XƏBƏR

8 Noyabr 2018 19:25 (UTC+04:00)

Bakı Metropoliteni gələn il 50 ədəd vaqon alacaq.

Bu barədə “Bakı Metropoliteni” QSC-nin istismar üzrə baş mühəndisi Əlixan Osmanov deyib.

O bildirib ki, 2019-cu ildə yeni stansiyanın açılışı və vaqon parkındakı köhnə qatarların yenilənməsi ilə əlaqədar olaraq Rusiyanın “Metrovaqonmaş” ASC şirkətindən 50 ədəd vaqon alınacaq.

Vaqonlardan 20 ədədi (4 qatar) yeni “Bənövşəyi” xətdə, 30 ədədi (6 qatar) isə köhnə xətlərdə istismar olunacaq.

AzNews.az